Los Anceles və Belçikadakı dinc aksiyalara hucum edən ermənilər saxlanılıb –

XİN
23 İyul 2020 - 13:17

“Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb”.

Bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, həmin şəxsin məhkəməsi olacaq: “Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.