Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub

Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.

Klubun rəsmi saytı xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.

İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.

53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın “Roma”, ölkəsinin “Selta” və “Barselona” klublarına da rəhbərlik edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.