Lənkəranda ölən azyaşlı ilə bağlı TƏBİB-dən- AÇIQLAMA

TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) dekabrın 17-də saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.

Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub.

Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.