Məhkəmə Tramp barədə hökmü noyabrın 26-na qədər təxirə salıb

Nyu-York məhkəməsi sabiq prezident Donald Trampın porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə çıxarılacaq hökmü sentyabrın 18-dən noyabrın 26-na təxirə salıb.

APA xəbər verir ki, bu haqda məlumatı NBC telekanalı yayıb

Telekanalın məlumatına görə, hakim Xuan Merçan Respublikaçılar Partiyasından prezidentliyə namizədin vəkillərinin dinləmənin noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra keçirilməsi ilə bağlı vəsatətini təmin edib.

Qeyd edək ki, bu ilin may ayının sonunda Tramp maliyyə saxtakarlığı işində 34 maddənin hər biri üzrə təqsirli bilinib. O, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.

Əvvəlki məqalə

Şirvanda şəhidin oğlu özünü asıb

Sonrakı məqalə

Ukraynadakı münaqişə danışıqlar masası arxasında həll olunacaq