Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin bu il 100 yaşı tamam olub.
Azpost.info bildirir ki, mərhum Prezidentlə bağlı yubiley mərasimlərində onunla bağlı xatirələr səslənir, tanınmış şəxslər bu görkəmli şəxsiyyətin, dövlət adamının onun həyatında oynadığı rolundan danışır.
Heydər Əliyevin qızı Sevil Əliyeva atası haqqında maraqlı görüntü paylaşıb. Heydər Əliyev müsahibəsində atasından, dostlarından, işindən və müəllimlərindən danışıb.
Jurnalistin “həyatda ən çox sevdiyiniz şey?” sualına cavabı maraqlıdır. Heydər Əliyev “həyatda ən sevdyim şey həyatın özüdür” cavabını verib.
Azpost.info həmin görüntüləri təqdim edir: