Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.

Son üç qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.

Əvvəlki məqalə

Azərbaycan dövlət başçısı Çex Prezidentini təbrik edib

Sonrakı məqalə

Türkiyə Putinin Ankara səfərinə hazırlaşır