Mərkəzi Banka yeni səlahiyyət verilib

20 Noyabr 2020 - 13:11

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. (APA)