Məxfi sənədləri “WikiLeaks”ə ötürən MKİ əməkdaşına 40 il həbs verildi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq proqramçısı Coşua Şulte Nyu-York məhkəməsi tərəfindən məxfi sənədlərin sızdırılması ittihamı ilə 40 il həbs cəzasına məhkum edilib.

Azpost.info bildirir ki, bu barədə Şultenin əməkdaşlıqda ittiham olunduğu WikiLeaks təşkilatı X sosial şəbəkəsində yazıb.

Şulte “Vault 7” adlı tam məxfi materialların ən böyük sızması işi üzrə günahlandırılırdı.

“WikiLeaks “Vault 7″ sənədlərinin yayımçısı olduğu iddia edilən Coşua Şulte bu gün Nyu-York federal məhkəməsində 40 il müddətinə azadlıqdan məhrum edilib”, – WikiLeaks bildirib.

İclasda hakim Cessi Ferman vurğulayıb ki, heç kim heç vaxt Şultenin vurduğu zərərin həcmini bilməyəcək. Eyni zamanda, o, MKİ-nin keçmiş əməkdaşının vurduğu ziyanın böyük olduğuna əminliyini ifadə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.