Məzahir Pənahov seçki pozuntularını çəkmiş bloqerlərə təşəkkür edib:

“Bu, çox gözəl ənənədir"
13 Fevral 2020 - 18:26

Səsvermə günü baş verən pozuntuların 90%-i sosial şəbəkələrdə yayılan görüntülərdir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

MSK sədri bildirib ki, qanun pozuntularını çəkən şəxs onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: “Bu, çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq”.