Məhkəmə Bəxtiyar Hacıyevin şikayətinə bu tarixdə baxacaq

İctimai fəal Bəxtiyar Hacıyevin həbsinin uzadılması ilə bağlı verilən şikayətə 27 yanvar 2023-cü il tarixində baxılacaq.

Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc bildirib.

Bakı Apellyasiya Məhkəməsində işə hakim  Anar İbrahimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Daha sonra Bəxtiyar Hacıyevə AR CM-nin 221.2.2-ci maddəsi və 289.1-ci maddəsi ilə  yeni ittiham verilib.

Cinayət Məcəlləsinin 221.2.2.-ci maddəsində  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək əks edilib.

Bu maddə üzrə ittiham olunan şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini rədd edib.

Əvvəlki məqalə

Azərbaycan və İran XİN rəhbərləri görüşüb

Sonrakı məqalə

“Nəbatət Bağı ilə bağlı yayılan şəkillər təsdiq olunmayan layihədir”