Məkkəyə ümrə ziyarətinə zəvvar aparan avtobus qəzaya uğrayıb –20 nəfər ölüb

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələnləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfərin öldüyü bildirilir.

Anadolu agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu söyləyib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.