Bütün şəhər və rayonlarında məktəbəhazırlıq qrupları olacaq- RƏSMİ

2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyat prosesi davam edir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ müəyyən olunur. Bir gün ərzində 3 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlər arası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

Xatırladaq ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilən məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Əvvəlki məqalə

Borrel Serbiya və Kosovo liderlərini Brüsselə danışıqlara dəvət etdi

Sonrakı məqalə

Azad edilmiş Buzdux dağında Azərbaycan bayrağı qaldırıldı –