Məktəblərdə Novruz tətili neçə gün olacaq?- Nazirlik AÇIQLADI

Təhsil müəssisələrində Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart; altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Əvvəlki məqalə

Qaz, su və elektrik sayğacına qanunsuz qoşulanlar həbs ediləcək –

Sonrakı məqalə

16 nəfər ölüb, 15 nəfər yaralanıb…