“Mənə “meymun” deyib təhqir edirdilər, vecimə almırdım” –Rivaldo gənc futbolçuya təsəlli verdi

“Real Madrid”in cinah oyunçusu Vinisius La Liqanın 35-ci turunun matçında “Mestalla”da azarkeşlər tərəfindən irqçi çağırışla təhqir olunub.

Azpost.info bildirir ki, yayılan məluata görə, matçdan sonra Vinisiusun ətrafı ona “Real Madrid”i tərk etməyi məsləhət görüb.

Braziliya millisinin sabiq futbolçusu Rivaldo hesab edir ki, Vinisius irqçi təhqirlərə görə Real Madridi tərk etməməlidir: “Mənə “meymun” da deyirdilər. Meydanda küncdən zərbə üçün yaxınlaşanda, bəzən avtobusdan düşəndə ​​bunu eşidirdim. Hər kəs fərqli reaksiya verir. Mən fikir vermirdim, özümü elə göstərirdim ki, bunu hiss etmədim. Bəlkə də bunu deyənlər anladılar ki, bu atmacalar mənim vecimə deyil. İndi Vinisiusun başına gələnlər mənim də başıma gəlib”-deyə Rivaldo bildirib.

“Onun “Real Madrid”i tərk etməsinə ehtiyac yoxdur. O, yüksək səviyyədə oynamağa davam etməlidir. Ola bilsin ki, oyunların azarkeşsiz stadionlarda keçirilməsi ilə bağlı qərar baş verənlərin miqyasını azaltmağa kömək edəcək. Dünyada çoxlu pis insanlar var”, – “Barselona” və Braziliya millisinin sabiq futbolçusu deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan cəmiyyətində Qarabağa əvvəlki münasibət dəyişib” –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri