Mərakeş Krallığına yeni səfir təyin olundu

Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Əvvəlki məqalə

2 səfir geri çağrıldı –

Sonrakı məqalə

NATO yanında Nümayəndəliyimizə başçı təyin edilib