Mərhum diktor Rafiq Hüseynlinin qızı AzTV-də işə başlayıb –Xəbərləri aparacaq (FOTO)

Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb.

Bu barədə Modern.az-a Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib.

O, bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək: “İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub”.

Qeyd edək ki, Leyli Hüseynli Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib. Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK Zahir Əzəmətin şikayətini təmin etmədi –

Sonrakı məqalə

Zelenski Baş Nazirin istefa ərizəsini qəbul etməyib