“Məscidlərin açılması müzakirə olunmur” –PREZİDENTİN KÖMƏKÇİSİ

“Virusun yayılması qapalı məkanlarda daha sürətlə baş verir”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, buna görə də məscidlərin açılmasına qərar verilmir: “Hətta bu il Həcc ziyarəti də çox qeyri-adi formada keçirildi. İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə təsir etmir. Bu, iqtisadiyyata və digər sahələrə də çox ciddi təsir edir”.

Ş. Mövsümov məscidlərin açılmasının hazırda müzakirə edilmədiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda qalacağıq, biznesimizi davam etdirəcəyik” –

Sonrakı məqalə

Dənizdə hamilə arvadını boğub öldürən şəxs tutuldu –