“Mətbuat qrupu sosial şəbəkələri daim izləməlidir”- MSK sədri

“Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupu sosial şəbəkələri daim izləməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılmış videomateriallar seçkiləri şübhə altına almağa imkan verir: “Bu cür hallar varsa, mətbuat qrupu sosial şəbəkələri ciddi şəkildə izləməlidir. Çünki bu halların yayılmasında kifayət qədər ciddi maraqlı olan qüvvələr var”.

M. Pənahov qeyd edib ki, heç kim hər şeyi ideal olduğunu iddia etmir: “Bu və ya digər xoşagəlməz hallar araşdırılmalıdır. Bu gün reallıqda sosial şəbəkələri izləyib çatdırmaq mümkün olmur. KİV nümayəndələrindən kimsə haradasa görsə ki, qanun pozuntuları var, bununla bağlı MSK üzvü Qabil Orucova məlumat versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda ana və körpə ölümü yüksəkdir”

Sonrakı məqalə

“Türkiyə bu il Dağlıq Qarabağ məsələsinə böyük diqqət ayıracaq”