Fransa prezidenti Emmanuel Makron Macarıstan Baş naziri Viktor Orbanı bu həftənin sonunda Parisə dəvət edib.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.
Məlumata görə, Makron Orbanı Ukraynanın Aİ-yə daxil olmasına razılıq verməyə inandırmağa çalışacaq.
“Fransa prezidenti Emmanuel Makron Orbanı bu həftənin sonunda Parisə, kompromis əldə etməyə dəvət edib”, – məlumatda deyilir.
Orban daha əvvəl demişdi ki, Budapeşt dekabrın 14-15-də keçiriləcək sammitdə Brüsselin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlardan imtina etməsini təklif edib. Baş nazirin fikrincə, bu məsələ bir çox Aİ dövlətlərinin maraqlarına ziddir.
Azpost.info