Radardan itən vitse-prezident təyyarə qəzasında həlak olub

Malavi vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə Malavi hökumətindən bildirilib.

Nazirlər Kabineti əlavə məlumat verməyib.

Təyyarənin göyərtəsində olan 9 nəfərin taleyi barədə də məlumat verilməyib.

Malavi vitse-prezidenti iyunun 10-da paytaxt Lilonqvedən yola düşüb. Onunla birlikdə daha 9 nəfərin də olduğu məlum olub. Daha sonra təyyarə radarlardan itib.

SHOT Teleqram kanalının məlumatına görə, havaya qalxdıqdan sonra təyyarə ilə əlaqə kəsilib.

Malavi prezidenti Lazarus Çakvera bununla bağlı axtarış-xilasetmə əməliyyatını başladıb. Yerli mətbuatın məlumatına görə, Afrika dövlət başçısı Çilimanın təyyarəsinin itməsi səbəbindən Baham adalarına xarici səfərini ləğv edib.

Azpost.info

Əvvəlki məqalə

Kiber dələduzlar dünən vətəndaşların kartından 50 min manat oğurlayıblar

Sonrakı məqalə

Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq