Paolo Maldini “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.
Azpost.info bildirir ki, idman direktoru Frederik Massara onunla birgə postundan gedib.
Jurnalist Canluka Di Marzionun sözlərinə görə, klubun sahibi Cerri Kardinal menecerlərə təşkilatın planlarına uyğun gəlmədiklərini və buna görə də vəzifələrindən azad edildiyini bildirib. Bu barədə onlara dünənki iclasda məlumat verilib.
“Calciomercato”nun məlumatına görə, qərar bir tərəfdən Maldini ilə Massara, digər tərəfdən isə Cardinale arasındakı mürəkkəb münasibətlərlə bağlıdır. Paolo və klubun sahibi arasında transfer büdcəsi ilə bağlı ciddi fikir ayrılıqları olub.
“Football Italia”, “Sky Sport Italia” və digər mənbələrə istinadən qeyd edir ki, Maldini daha çox muxtariyyətə və yeni oyunçular üçün xərcləri artırmağa çalışırdı. Klub sahibləri isə az xərcləməyə və mövcud biznes modelinə uyğun fəaliyyət göstərməyə hazırlaşırdılar. İclasda həmçinin böyük vəsait hesabına alınan Şarl de Ketelarenin ümidləri doğrultmadığı texniki direktorun diqqətinə çatdılırıb.
Azpost.info