Manatın devalvasiyası gözlənilmir - Beynəlxalq Reytinq Agentliyi
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi dəyişkən neft qiymətləri mühitinə baxmayaraq, Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində olacağını gözləyir.
APA reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bu stabillik, Azərbaycanda valyuta bazarına müntəzəm olaraq dövlət müdaxilələrinin dəstəyi ilə təmin ediləcək.
Agentliyin gözləntilərinə əsasən, neftin qiymətiuzun müddət aşağı olarsa, ölkə valyuta ehtiyatlarının 2015-ci ildəki kimi bənzər bir itkisinin qarşısını almaq üçün məzənnəni tənzimlənməyə bilər.
Qeyd edək ki, "S&P" bundan əvvəlki qiymətləndirilməsində manatın məzənnəsini dövri fiksasiya ilə çevik məzənnə rejimi kim təsvir etmişdi.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...