ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehran üzərində qələbəyə yaxın olduğunu bildirərək, İrana razılaşma əldə etmək üçün imkan verdiyini deyib.

“Qələbə artıq yaxındır. Açığı, bu, mən istədiyim vaxt baş verəcək”, – Tramp Şükranlıq günü münasibətilə amerikalı hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ağ Ev hələ də İranı danışıqlar aparmaq üçün imkanla təmin edir. “Biz nəzakətli davranmağa çalışırıq. Onlara razılaşma əldə etmək və çoxlu insanın həyatını xilas etmək üçün bütün imkanları veririk. Amma onların bundan istifadə edəcəyinə əmin deyiləm”, – ABŞ Prezidenti qeyd edib.

Nadir