“Mançester Siti” ilk dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasında mövsümün final oyunu keçirilib.

Istanbulda keçirilən həlledici görüş İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” klubları arasında baş tutub.

ÇL finalında “Mançestr Siti” öz tarixində ilk dəfə qələb kubokunu qazanıb.

Oyunun 68-ci dəqiqəsində Rodrinin vurduğu qolla “Manşestr Siti” önə çıxıb. Görüş 1:0 hesabı ilə başa çatıb.

İkinci dəfə finala çıxan “Mançester Siti” ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.