“Mançester Siti” “Nottinqem Forest”i darmadağın edib

Futbol üzrə İngiltərə Premyer Liqasının V turu çərçivəsində “Mançester Siti” və “Nottinqem Forest” klubları qarşılaşıb.

“Etihad” stadionunda keçirilən matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.

Oyunda qolları Erlinq Haaland (12, 23, 38), Joao Kanselo (50) və Yulian Alvarez (65, 87) vurublar.

Qeyd edək ki, Norveç millisinin üzvü Erlinq Haaland Premyer Liqada ardıcıl ikinci oyunda het-trik edib. O, 9 qolla liqada bombardirlər siyahısında birinci yerdə qərarlaşıb.

Əvvəlki məqalə

Türkiyədə işıq və qazın qiyməti 20 faiz bahalaşıb

Sonrakı məqalə

Jurnalistlərin Laçına səfəri başlayıb