“Mançester Yunayted” Ronaldo ilə müqaviləyə xitam verdi

İngiltərənin “Mançester Yunayted” klubu Kriştianu Ronaldo ilə müqaviləni pozub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. O, 2021-ci ildə İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib.

İngiltərə klubunda ümumilikdə 346 görüş keçirən Ronaldo 145 dəfə qapılara yol tapıb.

Xatırladaq ki, bir müddət əvvəl Ronaldo KİV-ə verdiyi müsahibədə klub rəhbərliyini sərt tənqid etmişdi.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.