“Maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq”- Qurban Qurbanov

İlk qarşılaşmamız səfərdə oldu. Bu gün komandam meydanda istədiyimiz oyunu göstərə bilmir. Bizi sabah meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Mən futbolçularıma inanıram və güvənirəm.

Bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Cəbəllütariqin “Linkoln” komandası qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 18-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün doğmadır. Amma avrokubok oyunlarımızı keçirəcəyimiz Bakı Olimpiya Stadionu da bizim üçün məqbuldur. Komandanın bu meydanda da maraqlı oyunları olub. Düşünmürəm ki, futbolçularımıza stadion mənfi təsir etsin. Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandalar arasında ilk matçda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Əvvəlki məqalə

İraq Kürdüstan Regionunun başçısı İçərişəhərlə tanış olub

Sonrakı məqalə

ABŞ Ukraynaya 1,3 milyardlıq hərbi yardım ayıracaq