Marsda həyat əlamətinin izləri tapıldı –NASA-dan AÇIQLAMA

ABŞ-ın “Perseveransce” özüyeriyən kosmik aparatı Marsda qədim zamanlarda qurumuş çayın deltasının bir hissəsini tədqiq edərkən süxurlarında qeyri-adi dərəcədə yüksək miqdarda üzvi maddə aşkar edib.

Azpost.info bildirir ki, “qırmızı planet”də tapılmış bu xəzinə barədə NASA məlumat yayıb.

“Deltada tədqiq etdiyimiz süxurlar, missiya zamanı tapdığımız ən yüksək üzvi maddə konsentrasiyasına malikdir”-deyə Kaliforniya Texnologiya İnstitunun elmi elmi əməkdaşı Ken Farli deyib.

Marsın dərinliklərindəki maqmadan əmələ gələn bu süxurlar planetin vulkanik aktivliyi vaxt püskürmə nəticəsində onun səthinə atılıb.

Alimlərin fərziyyələri doğrudursa, o zaman demək olar ki, qədim zamanlarda bu gölün dibi və ona axan delta olan Jezero kraterində 3,5 milyard il əvvəl yaşayış potensialı olan mühit mövcud olub.

Müasir elm həmin dövrdə Yer kürəsində ilk həyatın yarandığına inanır.

18 ay əvvəl Marsa göndərilən kosmik aparatın missiyasına qədim mikrob həyatının əlamətlərinin axtarışı daxildir. Hazırda aparat  Yerə göndərilmək üçün 12 qaya nümunəsi toplaya bilib.

Əvvəlki məqalə

“Azərbaycan KTMT-ni ciddi qəbul etmir” –

Sonrakı məqalə

Devid Bekhem kraliça ilə vidalaşmaq üçün 13 saat növbədə gözləyib –