“Mask yoxsa, Zukerberq döyər?” –Makqreqor "əsrin döyüşü"ndən danışıb

İrlandiyalı qarışıq üslublu döyüşçü (MMA) Konor Makqreqor “Adam’s Apple” YouTube kanalına verdiyi müsahibədə Twitter sosial şəbəkəsinin sahibi milyarder İlon Maskın və Meta korporasiyasının Zukerberqin gücünü qiymətləndirib. 

İdmançı onların məşqçisi olmağa hazır olduğunu bildirib. “Ümid edirəm ki, onlar bütün yolu gedəcəklər. Mask və Zukerberqin çoxlu pulu var, amma onların sözlərinin dəyəri varmı? Bu vəziyyətin necə davam edəcəyi ilə bağlı həyəcanlıyam”.

İyun ayında Mask sosial şəbəkəsindəki paylaşımlarından birində korporasiyanın baş direktoru ilə döyüşmək istəyi barədə yazıb. Zukerberq cavabında çağırışı qəbul etdiyini bəyan edib. Döyüş üçün rəsmi danışıqlara başlayıb. Yarışın təşkilatçı kimi UFC prezidenti Den Uayt seçilib.

Makqreqorun 28 MMA döyüşü keçirib və 22 qələbəsi var.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada ərzağın bahalaşması ilə bağlı şikayətlər artıb

Sonrakı məqalə

“İnter Mayami”də Messinin təqdimatı oldu –