Mayın 15-dən ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək

yollar bağlanacaq
yollar bağlanacaq

Bu il mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirəcəyi həmin tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

İdarədən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı ilə əlaqədar bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.