Mayın 9-dan 15-dək iş günü olmayacaq-Ramazan bayramı ilə bağlı karantin rejiminə dəyişiklik edilib

Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 995 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək