Maykl Ceksonun arvadı vəfat edib –Əfsanəvi rok kralının qızı idi /FOTO

Amerikalı müğənni Liza Mari Presli – Elvis Preslinin yeganə qızı – 54 yaşında vəfat edib.

Bu barədə müğənninin anası Prissilla Preslinin açıqlamasına istinadən “People” jurnalı məlumat yayıb.
Müğənninin anası jurnala açıqlamasında “Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşmək məcburiyyətindəyəm” deyib.

Elvis Preslinin yeganə qızı ürək tutmasından dünyasını dəyişib.

Liza Marinin də atası kimi musiqiçi karyerası olub. O, özü bəstələdiyi mahnıları ifa edib, üç albom buraxıb, bir neçə sinql yazdı.

O, Maykl Ceksonla evli idi.

Əvvəlki məqalə

Nazarbayev haqqında xüsusi qanun qüvvədən düşdü –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri