Kilian Mbappenin transferi ilə bağlı “Real Madrid” və PSJ arasında razılaşma yoxdur.
Azpost.info bildirir ki, bu barədə COPE məlumat yayıb.
Jurnalist Melçor Ruiz “PSG Community” nəşrinin yaydığı məlumatı təkzib edib.
Qeyd edək ki, nəşr bu gün klubların 200+50 milyon avroya transfer barədə razılığa gəldiyini açıqlayıb.
Onun sözlərinə görə, “Real Madrid” hadisələrin inkişafını gözləyir və o qədər də çox pul ödəmək niyyətində deyil.
COPE-nin digər jurnalisti Pedro Morata da heç bir razılaşmanın olmadığını deyib: “İdman şöbəsində heç bir razılaşma yoxdur. PSJ-də idarəçilyin üç səviyyəsi var. İdman menecmentliyində belə razılaşma yoxdur”, – deyə Morata bildirib.
Pedro əlavə edib ki, PSJ Mbappeni satmaq istəyir. Futbolçunun müqaviləni yeniləməkdən imtinası ilə üzləşən Paris komandasının rəhbərliyi ona 150-200 milyon avro qiymət qoyub.