24 yaşlı fransız hücumçusu Kilian Mbappe Fransa çempionu PSJ-nin rəhbərliyinə rəsmi olaraq müqaviləni uzatmayacağını bildirib.
Azpost.info bildirir ki, bu barədə “L’Equipe” xəbər yayıb.
Müqavilə 2024-cü ilin iyun ayına qədər qüvvədədir.
Əgər oyunçu müqaviləni 2025-ci ilin iyununa qədər uzatmaqdan imtina edərsə, PSJ bu yay Mbappeni satmağa çalışacaq.
Real Madrid Mbappenin xidmətində maraqlıdır.