“Mbappeyə Zidanın “PSJ”-yə baş məşçi gətiriləcəyi vəd olunmuşdu”

Mbappe “PSJ”-nin onun istəklərini yerinə yetirmədiyinə görə əsəbiləşib.

Azpost.info-nun məlumatına “Eurosport-da Liqa 1” oyunlarının şərhçisi və jurnalist Andres Onrubianın sözlərinə görə, hücumçuya Zinəddin Zidanın baş məşqçi təyin ediləcəyi vəd edilib. Bu baş verməyib və Mbappe narazı qalıb.

Futbolçu həmçinin “PSJ”-nin Robert Levandovskini mərkəz hücumçusu vəzifəsinə dəvət etməsini istəyib. Mbappe hətta onun “Bavariya”dan “Barselona”ya getməzdən əvvəl özü ilə də əlaqə saxlayıb.

Qeyd olunur ki, Mbappe ilə klub rəhbərliyi arasında 2022/23 mövsümünün startına qədər gərgin münasibət olub. Məhz buna görə, məhz fikir ayrılıqları səbəbindən Liqa 1-in açılış oyununu buraxıb. Klub rəhbərliyi bunun futbolçunun zədəli olması ilə izah etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.