Mehriban Əliyeva Əminə Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli Əminə xanım,

İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Əvvəlki məqalə

İstanbulda küçədə partlayıcı qurğunu bu qadın qoyub –

Sonrakı məqalə

İstanbuldakı partlayışda yaralananların sayı 81-ə çatıb