Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı paylaşım edib –VİDEOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Bununla bağlı birinci xanım Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində görüntülər paylaşıb.

“Əziz bacılar və qardaşlar!

Bu gün – Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”, – paylaşımda belə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmədən təcridxanaya aparılan Ata Abdullayevin görüntüləri yayıldı –

Sonrakı məqalə

29 ildən sonra Şuşada bayram tonqalı yandırıldı –