Birinci Vitse-prezident Mehriban Əliyeva 27 sentyabr -Anım Günü ilə bağlı paylaşım edib.
Azpost.info paylaşımı təqdim edir:
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 4 il ötür.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.