Meksika prezidenti meşədə çəkilmiş əcaib məxluqun fotosunu paylaşdı:"Bu, odur!" /FOTO

Meksika prezidenti Andres Manuel Lopes Obrador özünün sosial şəbəkədəki səhifəsində mifoloji məxluq sayılan meşə ruhu- elf əks olunmuş foto paylaşıb. 

Azpost.info bildirir ki, bu barədə “The Associated Press” Agentliyi məlumat yayıb.

Prezident mayya folklorunda “Aluks” adlnan meşə məxluquna bənzər bu elfin fotosunu paylaşaraq yazıb: “3 gün əvvəl bir mühəndis tərəfindən çəkilib. Çox guman ki, bu aluksdur”. 

Geçənin qaranlığında çəkilmiş fotoda ağacda oturmuş qəribə məxluq görünür.

Mayya xalqının qədim inancına görə, “aluks”lar meşələrdə yaşayan kiçik varlıqlardır. Onlar insanları aldatmaqla əylənirlər. Məsələn, hər hansı əşyanı gizlədirlər.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Müğənni Nigar Camalın maşınına hücum edən şəxs saxlanılıb