Meksikada narkomafiyanın 19 üzvü öldürülüb

Meksikada “Sinaloa” narkokartelinin silahlıları saxlanılan liderlərini hərbçilərin əlindən almağa cəhd edərkən azı 19 üzvünü itirib.

Bu barədə Meksika Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Xüsusi əməliyyat nəticəsində Sakit okean kartelinin “Mayo Zambada” fraksiyası (“Sinaloa” karteli kimi də tanınır) ilə əlaqəli cinayətkar qrupun lideri, El-Maks ləqəbli Edvin Antonio Sinaloa ştatının Kulyakan bələdiyyəsində baş verən son iğtişaşlarda fəal iştirakına görə saxlanılıb. Əməliyyat zamanı hərbçilər qruplaşmanın 30 üzvü və məhbusun şəxsi mühafizəsi tərəfindən hücuma məruz qalıb”, – deyə məlumatda bildirilir.

Əməliyyat çərçivəsində cinayətkarlara məxsus silah arsenalı, mühafizə vasitələri və avtomobillər müsadirə edilib.

Əvvəlki məqalə

Zelenski müharibənin qaynar fazasına son qoymaq üçün ilk addımı

Sonrakı məqalə

Xankəndidə yaşayan erməni qadın vəfat edib