Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Amerikalı aktrisa Merilin Monronun Los-Ancelesin Brentvudunda yerləşən evi mədəniyyət abidəsi elan olunub.

Bununla bağlı müvafiq qərar Los-Anceles Şəhər Şurası tərəfindən qəbul edilib və bu qərarla tikilinin sökülməsinin qarşısı alınıb.

Evin hazırkı sahibləri bildiriblər ki, evlə bağlı problemlər yaşayırlar, çünki turistlər və aktrisanın pərəstişkarları foto çəkdirmək məqsədilə küçəyə toplaşırlar, buna görə də onlar evi sökmək istəyiblər. Lakin tarixçilər və Monro pərəstişkarları iqamətgahın Hollivud tarixinin bir hissəsi olduğunu iddia ediblər.

Amerikalı kino ulduzu İspan müstəmləkə üslubunda tikilmiş iqamətgahı ölümündən 6 ay əvvəl, 1962-ci ildə 75 min dollara alıb.

Əvvəlki məqalə

Dağıstanda döyüş sənəti məktəbində axtarış aparılır

Sonrakı məqalə

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər