Merilin Monronun paltarı hərracda 325 min dollara satılıb-FOTO

Hollivud ikonası sayılan Merilin Monronun (1926-1962) və “Playboy” jurnalının banisi Hyu Hefnerin (1926-2017) əşyaları Los-Ancelesdə hərraca çıxarılıb.

İtaliyalı modelyer Emilio Puççinin Merilin Monro üçün hazırladığı çəhrayı ipək paltar cümə axşamı günü keçirilən hərracda 325 min dollara satılıb. Hərracın təşkilatçısı “Julien’s Auctions” satış evinin məlumatına görə bu, ilkin qiymətdən təxminən səkkiz dəfə bahadır.

Hyu Hefnerin qarderobunda olan qara ipək pijama, başmaq və tünd qırmızı pencək isə 36 min dollara alıcısını tapıb. Bu isə ehtimal edilən qiymətdən demək olar ki, 17 dəfə çoxdur. Eyni zamanda, üz qabığında Merilin Monronun şəkli olan “Playboy” jurnalının 1953-cü il nüsxəsi hərracda 6 min 500 dollara satılıb.

Əvvəlki məqalə

Jurnalist İdrak Camalbəyli ilə Kiyevdə vida mərsimi keçirilib –

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib