"Yuventus"un futbolçusu Qonzalo İquain "İnter"in hücumçusu Lautaro Martinesin "Barselona"ya mümkün transferini şərh edib. Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, argentinalı oyunçu bu transfer gerçəkləşəcəyi təqdirdə, təəccüblənməyəcəyini deyib:  "Heç bir ziddiyyət yaratmaq istəmirəm. Amma "Barselona" və Messi zəng edəndə "yox" demək çətindir. Hazırda onun yerinə olmaq istəməzdim". Qeyd edək ki, Martinesin Kataloniya klubuna keçməyə razılıq verdiyi iddia olunur.