Messinin aldığı zədə sağalıb

“İnter Mayami”nin hücumçusu Lionel Messinin bud nahiyəsindən aldığı zədə sağalıb.

“Daily Mail”ın məlumatına görə, argentinalı futbolçu komanda ilə ümumi məşqlərə qayıdıb.

Messi zədə səbəbindən “İnter Mayami “nin MLS-də keçirdiyi son üç matçda iştirak edə bilməyib, həmçinin Argentinanın El Salvador (3:0) və Kosta Rika (3:1) ilə yoldaşlıq oyunlarını buraxıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm ABŞ təmsilçisinin heyətində 5 oyuna çıxıb , 5 qol vurub və 2 qolun ötürməsini verib.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

44 yaşlı qadın bu yeməkləri yedi, 53 kiloqram arıqladı