Messinin Səudiyyə ilə bağladığı 25 milyonluq müqavilə açıqlandı –Hakimiyyəti tənqid edə bilməz

Məşhur futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanı ilə bağladığı müqavilənin təfərrüatları məlum olub.

Azpost.info sport.ru saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Turizm Nazirliyi ilə argentinalı hücumçu ölkənin dünyadakı imicini yaxşılaşdırmağa kömək edəcək müqavilə bağlayıb.  Səudiyyə Ərəbistanının Turizm Nazirliyi ilə argentinalı hücumçu arasında müqaviləyə əsasən, Leo ailəsi ilə ölkədə istirahət etmək və onun sosial şəbəkələrdə reklamı üçün üç il ərzində 25 milyon dollara qədər pul alacaq.

2022-ci ilin may ayında Messi ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib. O, Qırmızı dənizdə dincəldikdən sonra İnstaqramda foto yayımlayıb. Ehtimal olunur ki, bu, futbolçu ilə nazirlik arasında əməkdaşlığın başlanğıcı olub və bu səfər Lionelə təxminən 2 milyon dollar qazandırıb.

“The New York Times” qəzetinin yazdığına görə, Messi bu müqavilədən üç il ərzində təxminən 25 milyon dollar qazanacaq.

Söhbət kommersiya fəaliyyətlərində iştirakdan, sosial şəbəkələrdəki yazılardan və Leonun ailəsi ilə Səudiyyə Ərəbistanında keçirməli olduğu ödənişli tətillərdən gedir. Messi səfərlərindən fotoları paylaşmalı və onları nazirlik tərəfindən təsdiqlənmiş heşteqlə etiketləməlidir.

Leonun İnstaqramının indi 473 milyon abunəçisi var.

Messinin Səudiyyə Ərəbistanı Turizm Nazirliyi ilə müqaviləsinə aşağıdakı maddələr daxildir:

– İldə ən azı bir dəfə beş günlük ailə tətili və ya hər biri üç günlük iki illik tətil üçün təxminən 2 milyon dollar. Messi və onun ailəsinin və 20-yə qədər dostunun xərcləri və beşulduzlu otel xərcləri ölkə hökuməti tərəfindən ödənilməlidir.

– Daha 2 milyon dollar – Ayrıca ildə 10 dəfə futbolçunun sosial media hesablarında Səudiyyə Ərəbistanını tanıtmaq.

– Daha 2 milyon dollara yaxın – Səudiyyə Ərəbistanında illik turizm kampaniyasında iştirak üçün.

– Xeyriyyəçilik və ictimai çıxış üçün daha 2 milyon dollar.

“The New York Times”ın yazdığına görə, müqaviləyə görə, Lionel Messi Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edə bilməz. Futbolçu ilə krallıq arasında bağlanmış müqavilədə Messiyə ölkəsinin və onsuz da dünyada insan haqlarının pozulmasına, sui-istifadəyə görə tənqid olunan liderlərinin reputasiyasına xələl gətirə biləcək hər hansı bir söz deməyi qadağan edən bənd var.

Xatırladaq ki, bu yay Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda oynamaq təklifindən imtina edib, ABŞ-ın “İnter Mayami” klubunu seçib.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

MİDA Yasamal, Hövsan və Gəncədə 1189 mənzili satışa çıxardı –