Metropolitendən “Nizami” stansiyasındakı nasazlıqla bağlı- Açıqlama

“Bakı Metropoliteni” QSC bu gün “Nizami” stansiyasındakı vaqonlardan birində baş verən nasazlıqla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, “Nizami” stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb: “Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb. Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək”.

Əvvəlki məqalə

Dünyanın ən bahalı futbolçusu açıqlanıb-

Sonrakı məqalə

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb