Meyxana ustası Kərimin səhhəti necədir? –Ağamirzə son durumu açıqladı

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərimin səhhətində irəliləyiş yoxdur. 

Azpost.info bildirir ki, bu barədə onun həmkarı, yaxın dostu Ağamirzə Məmmədov Olay-a danışıb. O bildirib ki, həkimlər Ağakərimin səhhəti ilə bağlı müsbət proqnoz verməyib:

“Səhhətində bir dəyişiklik yoxdur. Geriyə gedir ki, irəli getmir. Uzanıb qalıb. Sağala bilər söhbəti etmirlər. Həkimlər deyir ki, belə qalsa, yaxşıdır. Mən ziyarət edirəm. Çox çətinliklə danışır. Ancaq uzanır. Nə otura bilir, nə də ayağa qalxır”.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. 2021-də isə yenidən insult keçirib.

Əvvəlki məqalə

KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsinə dair layihə qəbul edilməyib

Sonrakı məqalə

AZAL Cahangir Əsgərovla bağlı yayılan xəbəri şərh etməkdən imtina edib