Milli Məclis Korrupsiya Komissiyasının yeni tərkibini müzakirəyə çıxarır –RAMİZ MEHDİYEVİ KİM ƏVƏZ EDƏCƏK?

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi ilə bağlı məsələ salınıb.

Azpost.info bildirir ki, Komissiyaya yeni rəhbər və üzvlərin təyinatı gözlənilir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Hazırda Komissiyanın sədri, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdir. Hazırda o, AMEA-nın rəhbəridir və rəsmi dövlət postu tutmur.

Bundan başqa üzvlər sırasında olan Zakir Qaralov ötən ay Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsindən azad edilib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Azpost.info.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İğtişaşlar seçkidə səsləri Trampın xeyrinə dəyişdirə bilər” –

Sonrakı məqalə

Milli Məclisin iyunun 5-də keçiriləcək iclasının gündəliyi məlum olub