Milli Məclis peyvənd olunmaqla bağlı deputatlara müraciət edib

22 Fevral 2021 - 16:07

Milli Məclis deputatların vaksinasiyasını təşkil edir.

Bununla bağlı 2 gün əvvəl Milli Məclis tərəfindən deputatlara müraciət ünvanlanıb.

Vaksinasiya prosesinin bir neçə gün davam edəcəyi bildirilib. Deputatların bir hissəsinə artıq peyvəndin birinci dozası vurulub.

Qeyd edək ki, bundan əvvəl deputatlar fərdi qaydada koronavirusa (COVİD-19) qarşı peyvənd olunurdular.