Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.
İclasın gündəliyinə 6 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş),
- “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (üçüncü oxunuş),
- “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş),
- “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş),
- “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş),
- “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (üçüncü oxunuş). (APA)